ABŞ Ukraynaya iki patrul qayığı göndərib

ABŞ Ukraynaya iki patrul qayığı göndərib ABŞ Sahil Mühafizəsinə aid iki gəmi Ukraynaya yola düşüb.
Digər ölkələr
128
21 Noyabr , 2021 11:45
ABŞ Ukraynaya iki patrul qayığı göndərib

ABŞ Sahil Mühafizəsinə aid iki sualtı qayığın yerləşdiyi gəmi Ukraynaya yola düşüb.

"Report" bu barədə "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, gəmi artıq Çanaqqala boğazından keçib.

Gəminin Mərmərə dənizindən Boğaziçi istiqamətində keçməsi gözlənilir, bundan sonra o, Qara dənizdə hərəkətə başlayacaq.

ABŞ-ın Ukraynadakı səfirliyi bildirib ki, sualtı qayıqlar Ukraynanın dəniz təhlükəsizliyini gücləndirməyə və ölkənin Hərbi Dəniz Qüvvələrinin NATO ilə qarşılıqlı fəaliyyət qabiliyyətini artırmağa kömək edəcək. Bu, Ağ Evin 2014-cü ildən Kiyevə verdiyi hərbi yardımın bir hissəsidir. Yardımın ümumi məbləği 2,5 milyard ABŞ dollarından çoxdur.

Son xəbərlər

Orphus sistemi