ABŞ: “Ukraynanın NATO-ya üzvlük məsələsi həll olunub”
Digər ölkələr
- 16 iyul, 2023
- 17:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ hesab edir ki, NATO-nun Vilnüsdə keçirilən sammitinin yekunlarına əsasən, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması məsələsini artıq həll olunmuş hesab etmək olar.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan ABC telekanalına müsahibəsində deyib.
"Biz kommünikedə demişdik ki, Ukraynanın gələcəyi NATO-dadır, nöqtə. Heç kimlə heç bir yoxlama və ya danışıqlar aparılmır. Bu baş verəcək", - o deyib.
Eyni zamanda, Sallivan qeyd edib ki, Ukrayna NATO-ya qoşulmaq istəyən hər bir ölkə kimi, Şimali Atlantika Alyansının “standartlarına cavab vermək üçün demokratik islahatlar aparmalıdır” və Kiyev hələ də “bir çox islahatlar aparmalıdır”.
Son xəbərlər
17:52
İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib
Daxili siyasət
17:48
Foto
Samuxda ilk cüdo zalı fəaliyyətə başlayıb
Fərdi
17:47
Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib
Daxili siyasət
17:46
Novak: Rusiya neft emalı zavodlarını Ukrayna PUA-larından qorumaq üçün tədbirlər görür
Digər ölkələr
17:45
Foto
Azərbaycan və Çin arasında ikili diplom proqramları üzrə əməkdaşlıq müzakirə olunub
Elm və təhsil
17:38
Japarov ABŞ və Britaniyaya Qırğızıstandakı strateji layihələrə investisiya yatırmağı təklif edib
Digər ölkələr
17:37
Avropa Parlamentinin hesabatları: reallıqdan uzaq çağırışlar və ifşa olunan riyakarlıq
Analitika
17:36
Foto
İSB-nin rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
Maliyyə
17:35
Afrika Futbol Konfederasiyası ilin ən yaxşı oyunçusu adına son beş namizədi açıqlayıb
Futbol