ABŞ, Meksika və Kanada arasındakı yeni USMCA (The United States — Mexico — Canada Agreement - red) ticarət sazişi bu il iyulun sonunadək ratifikasiya oluna bilər.
"Report" xəbər verir ki, bu barədə Kanadanın Vaşinqtondakı səfiri Devid Maknotona istinadən CTV telekanalı bildirib.
Səfirin sözlərinə görə, ABŞ-ın sazizi iyulun sonlarına qədər təsdiqləməsi gözlənilir. Kanada isə bunu ən yaxın vaxtlarda edəcək.
O, razılaşmanın təfərrüatlarını açıqlamayıb.
Ötən ilin noyabrında ABŞ, Meksika və Kanada liderləri daha əvvəl qüvvədə olan NAFTA əvəzinə USMCA ticarət sazişini imzalayıblar.