ABŞ Türkiyə üçün idxal güzəştlərinə yenidən baxa bilər

ABŞ Türkiyə üçün idxal güzəştlərinə yenidən baxa bilər Bakı. 4 avqust. REPORT.AZ/ ABŞ-ın ticarət nümayəndəsi Cefri Ceriş bildirib ki, Amerika hökuməti Türkiyənin idxal üçün imtiyaz proqramında (GSP) iştirakına yenidən baxır.
Digər ölkələr
4 Avqust , 2018 03:58
ABŞ Türkiyə üçün idxal güzəştlərinə yenidən baxa bilər

Bakı. 4 avqust. REPORT.AZ/ ABŞ-ın ticarət nümayəndəsi Cefri Ceriş bildirib ki, Amerika hökuməti Türkiyənin idxal üçün imtiyaz proqramında (GSP) iştirakına yenidən baxır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların ticarət nümayəndəliyinin saytında dərc olunmuş press-relizdə bildirilir.

"Tramp administrasiyası Türkiyənin GSP-yə daxil olmaq meyarlarına riayət etməsindən narahatdır. Biz ümid edirik ki, Türkiyə onun ABŞ-ın rüsumsuz bazarına daxil olmasına yenidən baxmasına gətirb çıxara biləcək fikir ayrılığının həlli üçün bizimlə işləyəcək", - deyə Ceriş əlavə edib.

Bəyanatda həmçinin qeyd olunur ki, Türkiyə ABŞ-dan idxalata 1,78 milyard dollar məbləğində əlavə tariflər tətbiq edib.

Son xəbərlər

Orphus sistemi