ABŞ təyyarəsi Rusiya sərhədləri yaxınlığında kəşfiyyat aparıb

ABŞ təyyarəsi Rusiya sərhədləri yaxınlığında kəşfiyyat aparıb Amerika təyyarəsi Britaniyadakı aviabazadan havaya qalxıb
Digər ölkələr
25 Yanvar , 2017 01:26
ABŞ təyyarəsi Rusiya sərhədləri yaxınlığında kəşfiyyat aparıb

Bakı. 25 yanvar. REPORT.AZ/ ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "RC-135W" tipli strateji kəşfiyyat təyyarəsi Baltik dənizi ərazisində Rusiya sərhədlərinə yaxınlaşıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, Amerika təyyarəsi Böyük Britaniyanın Mildenholl aviabazasından havaya qalxıb.

Təyyarə Estoniyanın paytaxtı Tallinə qədər və geri 10 saatlıq dairəvi uçuş zamanı Rusiyanın Leninqrad və Kalininqrad vilayətlərindən keçən sərhədlər yaxınlığında radiotexniki kəşfiyyat işləri həyata keçirib.

Son xəbərlər

Orphus sistemi