ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
- 29 avqust, 2026
- 02:18
"Pabst Blue Ribbon" pivə istehsalçısı ümumi çəkisi təxminən 18 ton olan 50 minə yaxın banka pivə daşıyan yük maşınının yoxa çıxdığı barədə məlumat yayıb.
"Report" xəbər verir ki, bu barədə şirkət nümayəndələri "Instagram" sosial şəbəkəsində bildiriblər.
Amerika mediası baş verənləri ABŞ tarixində ən böyük pivə oğurluğu adlandırıb.
Brend nümayəndələri ironik şəkildə cinayətkarlara yükü heç bir iddia irəli sürmədən qaytarmağı təklif ediblər. Bunun üçün onlara 18 gün və 44 dəqiqə vaxt verilib. Bu, şirkətin əsasının qoyulduğu 1844-cü ilə işarədir. Yük maşınını tapmağa kömək edəcək məlumata görə mükafat vəd olunub.
Avtomobilin axtarışları aparılır. Yeni paylaşımlarda şirkət nümayəndələri pivənin keyfiyyətini itirməyə başladığı üçün vaxtın məhdud olduğunu xatırladıblar və istifadəçilərdən itmiş yük maşınını gördükləri halda, fotoşəkillərini göndərmələrini xahiş ediblər.