ABŞ senatorları neft şirkətləri üçün vergi güzəştlərini ləğv etmək istəyirlər

ABŞ senatorları neft şirkətləri üçün vergi güzəştlərini ləğv etmək istəyirlər ABŞ-ın bir qrup Demokrat senatoru hazırda rekord gəlir əldə edən ABŞ neft şirkətləri üçün vergi güzəştlərinin ləğvini təklif edib.
Digər ölkələr
8 Dekabr , 2022 23:49
ABŞ senatorları neft şirkətləri üçün vergi güzəştlərini ləğv etmək istəyirlər

ABŞ-ın bir qrup Demokrat senatoru hazırda rekord gəlir əldə edən ABŞ neft şirkətləri üçün vergi güzəştlərinin ləğvini təklif edib.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, artıq Robert Menendesin (R-NJ) başçılıq etdiyi yeddi senator qanun layihəsi hazırlayır.

Buna uyğun olaraq, vergi güzəştlərinin ləğv edilməsi, o cümlədən qazma əməliyyatlarına çəkilən xərclər, dərinsulu ərazilərdə yerin təkinin işlənməsi hüququna görə ödənişdən azad edilməsi təklif edilir.

“Bloomberg” bildirib ki, qanun layihəsi xarici vergilərin tutulması ilə bağlı qaydaları da sərtləşdirəcək.

“Ailələrin yüksək yanacaq qiymətlərindən əziyyət çəkdiyi bir vaxtda Amerika xalqı böyük neft şirkətlərinin baş direktorlarını və səhmdarlarını maliyyələşdirməməlidir” - deyə, Menendes bildirib.

Son xəbərlər

Orphus sistemi