ABŞ senatorları Konqresin fikrini bilməmiş Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasını qadağan etmək istəyir

ABŞ senatorları Konqresin fikrini bilməmiş Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasını qadağan etmək istəyir Qanun layihəsi respublikaçı Lindsi Qram və demokrat Ben Kardin tərəfindən hazırlanıb
Digər ölkələr
8 Fevral , 2017 12:41
ABŞ senatorları Konqresin fikrini bilməmiş Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasını qadağan etmək istəyir

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-da bir qrup senator rəsmən həmkarlarının yeni qanun layihəsini nəzərdən keçirməsini təşkil etmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, yeni qanun layihəsi ABŞ prezidenti Donald Trampa yalnız Konqresin icazəsi olduğu təqdirdə Rusiyaya qarşı sanksiyaları aradan qaldırmaq hüququ verilməsini nəzərdə tutur.

CNN telekanalının məzmunu ilə tanış olduğu qanun layihəsi "Rusiya ilə münasibətlərin qiymətləndirilməsi Aktı" adlanır və D.Trampın keçmiş prezident Barak Obamanın fərmanları ilə Moskvaya qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirləri yumşaltmaq qərarına gələcəyi hal üçün nəzərdə tutulub.

Respublikaçı Lindsi Qram və demokrat Ben Kardin tərəfindən hazırlanan qanun layihəsinin bu gün rəsmən nəzərdən keçirilməsi üçün təqdim ediləcəyi gözlənilir.

Sənəd Ağ Evdən nə üçün sanksiyaları ləğv etmək istəməsinin izahını, eləcə də Konqresin belə addımın əleyhinə səs verə biləcəyi 120 günlük müddət müəyyənləşdirməyi tələb edəcək.

Son xəbərlər

Orphus sistemi