ABŞ Senatı Kristofer Reyi FTB-nin direktoru vəzifəsinə təsdiqləyib

ABŞ Senatı Kristofer Reyi FTB-nin direktoru vəzifəsinə təsdiqləyib Kristofer Reyin namizədliyinə 100 senatorun əksəriyyəti səs verib
Digər ölkələr
2 Avqust , 2017 02:36
ABŞ Senatı Kristofer Reyi FTB-nin direktoru vəzifəsinə təsdiqləyib
Courtesy İmage

Bakı. 2 avqust. REPORT.AZ/ ABŞ Senatı böyük əksəriyyətlə Federal Təhqiqat Bürosunun (FTB) direktoru vəzifəsinə Kristofer Reyin namizədliyini dəstəkləyib.

"Report" xəbər verir ki, bu barədə "Amerikanın səsi" məlumat yayıb.

Bildirilib ki, o, Prezident Donald Tramp tərəfindən bu ilin mayında vəzifəsindən uzaqlaşdırılmış Ceyms Komini əvəz edəcək. Kristofer Reyin namizədliyinə 100 senatorun əksəriyyəti səs verib. Hər iki partiyanın liderləri yuxarı palatada dörd saat Reyin namizədliyinin müzakirə ediblər.

Senatdakı respublikaçı əksəriyyətin başçısı Mitç Makkonnell xüsusi xidmət orqanının başçısının təyinatına ehtiyacı olduğunu ayrıca vurğulayıb. O xatırladıb ki, Senatın Hüquq məsələləri üzrə komitəsində 20 komitə üzvü Reyə yekdilliklə səs verib.

Son xəbərlər

Orphus sistemi