ABŞ Senatı Devid Fridmanın İsrailə səfir təyinatını dəstəkləyib

ABŞ Senatı Devid Fridmanın İsrailə səfir təyinatını dəstəkləyib Əlli yeddi yaşlı hüquqşünas İsraildə diplomatik missiyasının rəhbəri yolunda son maneəni adlayıb
Digər ölkələr
24 Mart , 2017 05:10
ABŞ Senatı Devid Fridmanın İsrailə səfir təyinatını dəstəkləyib
Foto: MIGnews.com

Bakı. 24 mart. REPORT.AZ/ ABŞ parlamentinin yuxarı palatası prezident Donald Trampın bu ölkənin İsraildəki səfiri vəzifəsinə seçimini bəyənib.

"Report"un məlumatına görə, bu barədə "Aruç Şeva" xəbər verib.

Beləliklə, Devid Fridman ABŞ-ın İsraildə diplomatik missiyasının rəhbəri yolunda son maneəni adlayıb. Əlli yeddi yaşlı Fridman ixtisasca hüquqşünasdır.

Xəbərdə bildirilir ki, prinsipcə səsvermənin nəticələrini əvvəlcədən proqnozlaşdırmaq mümkün idi. Devid Fridmanın səfir təyinatı əleyhinə 46 respublikaçı, lehinə 52 demokrat səs verib. Yalnız Demokrat Partiyasından iki senator – Qərbi Virciniyadan Co Mancin və Nyu Cersiddən Bob Menendez Devid Fridmanın təyin olunmasını dəstəkləyiblər.

İki respublikaçı senator – Kentukkidən olan Rend Pol və Corciyanı təmsil edən Con İsaksson səsverməni buraxıblar.

Son xəbərlər

Orphus sistemi