​ABŞ səfirliyinin əməkdaşı Qahirədə terrorçuluqda şübhəli bilinərək həbs edilib

​ABŞ səfirliyinin əməkdaşı Qahirədə terrorçuluqda şübhəli bilinərək həbs edilib Əhməd Əli təhlükəsizlik əməkdaşı vəzifəsində çalışıb
Digər ölkələr
10 İyun , 2015 06:42
​ABŞ səfirliyinin əməkdaşı Qahirədə terrorçuluqda şübhəli bilinərək həbs edilib

Bakı. 10 İyun. REPORT.AZ/ ABŞ səfirliyinin əməkdaşı Qahirədə terrorçuluqda şübhəli bilinərək Misir təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Daily News Egypt" nəşri məlumat yayıb.

Səfirlikdə işləyən Misir vətəndaşının saxlanılması barədə məlumatı Amerika diplomatik nümayəndəliyi də təsdiq edib. Bununla yanaşı səfirlik onun haqqında şəxsi məlumatlar verməkdən imtina edib.

KİV-in məlumatına görə, həbs edilən şəxs 42 yaşlı Əhməd Əlidir. O, səfirliyin təhlükəsizlik əməkdaşı vəzifəsində çalışıb. Misirin Dövlət Təhlükəsizlik Prokurorluğu səfirlik əməkdaşını "Heluan briqadası" terror qruplaşmasının fəaliyyəti ilə əlaqədə ittiham edərək, onun qrupu idarə etməklə yanaşı Qahirə ətrafında yerləşən Heluan şəhərində məhkəmə binasının partladılması və yandırılması da daxil olmaqla 13 hücuma bilavasitə qatıldığını bəyan edib.

Son xəbərlər

Orphus sistemi