Yuxarı

ABŞ səfirliyi Avstraliyada terror təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib

Səfirlik vətəndaşlarını Avstraliyada yüksək səviyyədə terror təhlükəsinin olması barədə xəbərdar edib

Bakı. 15 may. REPORT.AZ/ ABŞ-ın Kanberradakı səfirliyi vətəndaşlarını Avstraliyada yüksək səviyyədə teror təhlükəsinin olması barədə xəbərdar edib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Amerika Birləşmiş Ştatlarının Avstraliyadakı diplomatik missiyası vətəndaşlarına Avstraliya hökuməti tərəfindən müəyyən olunan terror təhlükəsinin yüksək olaraq qaldığını xatırladır", - səfirliyin rəsmi saytında dərc olunan məlumatda deyilir. 

Son həftələr Avstraliyanın hüquq-mühafizə orqanları Melburnda bir neçə terror aktı planının üstünü açıb və şübhəliləri həbs edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi