Bakı. 25 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatlar Rusiyaya qarşı qadağaları sərtləşdirmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Co Bayden Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon söhbəti zamanı bildirib.
"Vitse-prezident Rusiyanın sentyabrda əldə olunan Minsk sazişi üzrə öhdəliklərinə açıq-aydın etinasız yanaşması və münaqişəni birtərəfli qaydada gərginləşdirməsi ilə bağlı ciddi narahatçılığını ifadə edib və Ukraynaya qarşı təcavüzkar hərəkətləri səbəbindən Rusiyanın xərclərinin daha da artmasını təmin etmək üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığa razlıq verib", - deyə Ağ evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Bayden də, Mariupoldakı faciə ilə bağlı başsağlığı verib.