ABŞ Rusiyanın daha iki vətəndaşına sanksiya tətbiq edib

Digər ölkələr
  • 01 sentyabr, 2023
  • 00:53
ABŞ Rusiyanın daha iki vətəndaşına sanksiya tətbiq edib

ABŞ Şimali Koreyanın kütləvi qırğın silahları, eləcə də ballistik raketlər yaradılması proqramında iştirak edən Rusiyanın iki vətəndaşını "qara siyahı"ya salıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Amerika tərəfi Cənubi Koreya və Yaponiya ilə razılaşaraq iki şəxs və bir təşkilata qarşı müvafiq məhdudlaşdırıcı tədbirlər görüb.

Siyahıya Rusiyanın rezidentləri Çon Çin Yonq və Sergey Mixayloviç Kozlova, həmçinin “İntellekt” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) (hüquqi ünvanı Moskvada) daxildir.

Məlumatda deyilir ki, onlar Koreya Xalq Demokratik Respublikasının (KXDR) kütləvi qırğın silahlarının və ballistik raketlərin qeyri-qanuni inkişafı üçün gəlir əldə olunmasında iştirak ediblər.

Nazirlik həmçinin qeyd edib ki, bu sanksiyalar Şimali Koreyanın avqustun 23-də orbitə kəşfiyyat peyki çıxarmaq cəhdinə cavab olaraq tətbiq edilir ki, bu da Pxenyanın son 3 ayda ikinci uğursuz cəhdi olub.

Son xəbərlər

Bütün Xəbər Lenti