ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyib

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyib ABŞ hakimiyyəti Ukraynanın bir sıra regionlarının Rusiyaya daxil olmasını tanımayacaq və hadisələrin bu cür inkişafı halında rəsmi Moskvaya qarşı əlavə sanksiyalar tətbiq etməklə operativ cavab verəcək.
Digər ölkələr
13 Avqust , 2022 02:12
ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyib

ABŞ hakimiyyəti Ukraynanın bir sıra regionlarının Rusiyaya daxil olmasını tanımayacaq və hadisələrin bu cür inkişafı halında rəsmi Moskvaya qarşı əlavə sanksiyalar tətbiq etməklə operativ cavab verəcək.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu xarici jurnalistlər üçün keçirdiyi brifinqdə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, ABŞ işğal olunan ərazilərini qaytarmaq və əlində saxlamaq üçün Ukraynaya hərbi yardımı davam etdirəcək.

“Rusiya birtərəfli qaydada Ukrayna ərazilərini ilhaq etməyə cəhd etsə, diplomatik danışıqların perspektivlərini təmin etmək xeyli çətinləşəcək”.

Son xəbərlər

Orphus sistemi