ABŞ Qvatemala, Honduras və Salvadora dəstəyi dayandıracaq

ABŞ Qvatemala, Honduras və Salvadora dəstəyi dayandıracaq ABŞ Prezidenti Donald Tramp Qvatemala, Honduras və Salvadora birbaşa dəstəyin dayandırılması ilə bağlı göstəriş verib.
Digər ölkələr
30 Mart , 2019 16:20
ABŞ Qvatemala, Honduras və Salvadora dəstəyi dayandıracaq
Reuters

ABŞ Prezidenti Donald Tramp Qvatemala, Honduras və Salvadora birbaşa dəstəyin dayandırılması ilə bağlı göstəriş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat verib.

"Dövlət katibi Mayk Pompeonun sərəncamı əsasında Prezidentin göstərişlərini yerinə yetiririk və "şimal üçbucağı" (Qvatemala, Honduras, Salvador) üçün 2017 və 2018-ci maliyyə ili çərçivəsindəki xarici yardım proqramlarını ləğv edirik. Bu proses çərçivəsində Konqres ilə əlaqəli fəaliyyət göstərəcəyik", - Dövlət Departamentinin nümayəndəsi telekanala açıqlamasında bildirib.

"Politico" nəşrinin vəziyyətlə tanış olan mənbələrə istinadən verdiyi məlumata görə, Konqresin ötən il Mərkəzi Amerika ölkələri üçün ayırdığı, təxminən, 627 milyon dollar məbləğində vəsait Ağ Evin inzibati-büdcə idarəçiliyində qalır.

Son xəbərlər

Orphus sistemi