ABŞ qlobal miqrasiya müqaviləsinə qoşulmaqdan imtina edib

ABŞ qlobal miqrasiya müqaviləsinə qoşulmaqdan imtina edib Ölkənin BMT-dəki missiyası bu müqavilənin ABŞ-ın maraqlarına uyğun olmadığını deyib
Digər ölkələr
3 Dekabr , 2017 06:29
ABŞ qlobal miqrasiya müqaviləsinə qoşulmaqdan imtina edib

Bakı. 3 dekabr. REPORT.AZ/ "ABŞ 2018-ci ildə qəbul edilməsi planlaşdırılan miqrasiya ilə bağlı qlobal müqavilənin iştirakçısı olmayacaq, çünki bu, ölkənin maraqlarına cavab vermir".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü ABŞ-ın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəliyi açıqlayıb.

"Bu gün [şənbə günü] ABŞ-ın BMT yanında daimi nümayəndəliyi qurumun baş katibini Birləşmiş Ştatların qlobal miqrasiya müqaviləsində öz iştirakını dayandırdığı barədə məlumatlandırıb", - deyə nümayəndəliyin məlumatında bildirilir.

Diplomatik missiyadan qeyd ediblər ki, ABŞ 2016-cı ildə müqavilənin hazırlanması prosesinə qatılmaq barədə razılığa prezident postunu demokrat Barak Obama tutduğu zaman gəlib. Amerika tərəfi onun zamanında 2016-cı il 19 sentyabr tarixində qəbul edilmiş Nyu-York bəyannaməsinə də qoşulub. Bəyannamədə BMT-nin 193 ölkəsinin hamısı 2018-ci ildə qaçqınlara qarşı tədbirlər və miqrasiya axınının idarə olunması ilə bağlı iki qlobal sazişi qəbul etmək barədə öhdəlik götürüb.

"Nyu-York bəyannaməsində miqrasiya və qaçqınlar sahəsində ABŞ siyasətinə, həmçinin Tramp administrasiyasının prinsiplərinə uyğun olmayan bir çox müddəa var", - deyə sənəddə bildirilir.

Son xəbərlər

Orphus sistemi