Bakı. 6 yanvar. REPORT.AZ/ Amerikanın Şimali Dakota ştatının Qrand Forks qraflığında məktəb avtobusu ilə qatarın toqquşması nəticəsində iki nəfər ölüb, 11 nəfər yaralanıb.
"Report" "Fox News"a istinadən xəbər verir ki, qəza ştatın şimal-şərq hissəsində, Larimor şəhərindən 5 km şərqdə çınqıllı dəmiryol keçidində baş verib.
Yerli icra orqanlarının məlumatına görə, zərərçəkənlərin dəqiq sayı məlum deyil, lakin yol-qəzası nəticəsində ən azı 11 nəfər xəsarət alıb.
Qeyd olunur ki, qəza zamanı hava aydın olub.