​ABŞ prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək

​ABŞ prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək Forum region dövlətləri ilə ABŞ-ın əməkdaşlığına həsr olunacaq
Digər ölkələr
16 Mart , 2016 17:44
​ABŞ prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək

Bakı. 16 mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə məsələlərini müzakirə etmək üçün bu il aprelin 21-də Səudiyyə Ərəbistanına səfər edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bildirib.

"O, Körfəz dövlətləri Əməkdaşlıq Şurası (Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri - "Report") liderlərinin zirvə toplantısında iştirak edəcək", - deyə Ağ evin təmsilçisi vurğulayıb.

Məlumata görə, bu forum Səudiyyə Ərəbistanı kralı Salmanın başçılığı altında region dövlətləri ilə ABŞ-ın əməkdaşlığına həsr ediləcək.

Son xəbərlər

Orphus sistemi