ABŞ Prezidenti rusiyalı həmkarına xokkeyçi Aleksandr Oveçkinin maykasını hədiyyə edib

ABŞ Prezidenti rusiyalı həmkarına xokkeyçi Aleksandr Oveçkinin maykasını hədiyyə edib Bakı. 16 iyul. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə ABŞ-ın “Washington Capitals” komandasında çıxış edən rusiyalı xokkeyçi Aleksandr Oveçkinin maykasını, habelə xokkey şaybası hədiyyə edib. Cari mövsümdə məhz bu klub Stenli kubokunu əldə edib.
Digər ölkələr
16 İyul , 2018 22:22
ABŞ Prezidenti rusiyalı həmkarına xokkeyçi Aleksandr Oveçkinin maykasını hədiyyə edib

Bakı. 16 iyul. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə ABŞ-ın “Washington Capitals” komandasında çıxış edən rusiyalı xokkeyçi Aleksandr Oveçkinin maykasını, habelə xokkey şaybası hədiyyə edib. Cari mövsümdə məhz bu klub Stenli kubokunu əldə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövləti başçısının mətbuat katibi Dmitri Peskov deyib.

“Prezident Tramp Oveçkinin maykasını və şayba bağışlayıb”, - deyə o bildirib.

Rusiya Prezidenti Vladimir Putin danışıqlarına yekunlarına dair birgə mətbuat konfransında Donald Trampa “DÇ-2018”in rəsmi topunu bağışlayıb.

Son xəbərlər

Orphus sistemi