Bakı. 9 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama ölkədə irqçiliyə qarşı dinc etirazları müdafiə edib. Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.
"Düşünürəm ki, dinc xarakter daşıdıqları müddətdə onlar zəruridirlər", - B.Obama bəyan edib. Bununla yanaşı, prezident vurğulayıb ki, etirazlar zorakılıq aktına çevrildikdə "əks-səmərəli" olurlar.
"Mən, Prezident olaraq, bu məsələyə ən mühüm məsələlərdən biri kimi yanaşıram. Amerika hər kəsin ona qarşı ədalətli davrandığını hiss etdiyi zaman, hər kəsin bərabər hüquqlara malik olduğu zaman inkişaf edir", - ABŞ prezidenti vurğulayıb.
Prezidentin çıxışı ABŞ-ın bir çox şəhərlərində polislərin qaradərili əhali barəsində özbaşına hərəkətlərinə qarşı kütləvi etiraz aksiyaları fonunda səsləndirilib. Etirazlar Ferguson şəhərində (Missuri ştatı) və Nyu-Yorkda andlıların iki silahsız afroamerikalını qətlə yetirən polislərə bəraət qazandırmasından sonra başlayır. Bu ölkədə irqçilik kimi qəbul edilib.