ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-da qadağa ilə üzləşən “TikTok” sosial şəbəkəsini amerikalı istifadəçilər üçün qoruyub saxlamağa çalışacağını istisna etməyib.
“Report” xəbər verir ki, bu fikri Tramp Arizona ştatının Feniks şəhərində keçirilən “America Fest” konfransında səsləndirib.
Tramp əlavə edib ki, ona bu sosial şəbəkədə nəşrlərinin statistikası təqdim olunanda, bir müddət onu ABŞ-da saxlamaq barədə fikirləşib: “TikTok” haqqında düşünəcəyəm. “TikTok”a gəldik və milyardlarla baxış şəklində gözəl cavab aldıq”.
Platforma Trampın andiçmə mərasimindən bir gün əvvəl, 19 yanvar 2025-ci ilə qədər satılmalı və ya bloklanmalıdır.
Sosial şəbəkənin administrasiyası və xidmətin sahibi olan Çinin “ByteDance” şirkəti əmindir ki, bu, ABŞ-da 170 milyon TikTok istifadəçisinin söz azadlığı hüququnu pozur.