ABŞ-nin müdafiə naziri Cənubi Koreyaya səfər planlarından imtina edib

ABŞ-nin müdafiə naziri Cənubi Koreyaya səfər planlarından imtina edib ABŞ-nin müdafiə naziri Lloyd Ostin Koreya Respublikasında hərbi vəziyyətin tətbiqi ilə bağlı son vəziyyətə görə artıq həmin ölkəyə səfər etməyi planlaşdırmır.
Digər ölkələr
6 Dekabr , 2024 07:21
ABŞ-nin müdafiə naziri Cənubi Koreyaya səfər planlarından imtina edib

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Koreya Respublikasında hərbi vəziyyətin tətbiqi ilə bağlı son vəziyyətə görə artıq səfər etməyi planlaşdırmır.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Pentaqon Ostinin yaxın günlərdə baş verə biləcək səfərinin planlaşdırılması ilə məşğul olub, lakin hadisədən (hərbi vəziyyət-red) sonra qərara alınıb ki, indi səfər üçün əlverişli vaxt deyil. Agentliyin həmsöhbətlərindən biri Vaşinqtonun planların dəyişdirilməsi ilə bağlı Seulla məsləhətləşdiyini açıqlayıb.

Xatırladaq ki, dekabrın 3-də axşam Cənubi Koreya prezidenti Yun Sok Yol hərbi vəziyyət tətbiq edib. Xüsusi rejim altı saat sonra ləğv olunub.

Son xəbərlər

Orphus sistemi