ABŞ-nin dövlət katibi BƏƏ-də səfərdədirABŞ-nin dövlət katibi Antoni Blinken Yaxın Şərq turnesi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.
ABŞ-nin dövlət katibi Antoni Blinken (Antony Blinken) Yaxın Şərq turnesi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.
"Report" xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller (Matthew Miller) “X”də yazıb.
"ABŞ və Birləşmiş Ərəb Əmirlikləri regionda və onun hüdudlarından kənarda strateji tərəfdaşlığı bölüşürlər. Dövlət katibi Antoni Blinken regionda münaqişənin genişlənməsinin qarşısını almaq səylərini və davamlı sülhə nail olmaq üçün işimizi müzakirə etmək məqsədilə Əbu-Dabidədir", - o bildirib.
Qeyd edək ki, ABŞ-nin dövlət katibi və onu müşayiət edən heyət Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Yaxın Şərq ölkələrinə səfərə çıxıb. A.Blinken turne çərçivəsində artıq Türkiyə, Yunanıstan, Qətərdə səfərdə olub. BƏƏ-dən sonra növbəti ziyarət isə Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə olacaq.
The United States and the United Arab Emirates share a strategic partnership in the region and beyond. @SecBlinken is in Abu Dhabi to discuss efforts to prevent the conflict in the region from escalating and our work to achieve lasting peace.