ABŞ-nin dövlət katibi Antoni Blinken (Antony Blinken) Yaxın Şərq turnesi çərçivəsində İsraildə səfərdədir.
"Report" xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller (Matthew Miller) “X”də yazıb.
O bildirib ki, Blinken bütün qalan girovların evə qayıtmasını təmin etmək üçün davam edən səyləri müzakirə etmək məqsədilə İsraildədir.
“Münaqişənin mülki şəxslərə təsirini məhdudlaşdırmaq və Qəzzada fələstinlilərə çatan humanitar yardımı artırmaq vacibdir”,- M. Miller əlavə edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət katibi Türkiyə, Yunanıstan, BƏƏ, İordaniya, Qətər, Səudiyyə Ərəbistanına səfər edib. Növbəti ziyarəti isə Fələstin və Misirə olacaq.
.@SecBlinken is in Israel to discuss ongoing efforts to ensure all remaining hostages return home. It’s imperative to limit the conflict's impact on civilians and increase humanitarian assistance reaching Palestinians in Gaza. pic.twitter.com/HyMY3HnCbE