ABŞ Dövlət Departamenti Norveç istehsalı olan NASAMS zenit-raket kompleksinin (SAM) Ukraynaya mümkün çatdırılmasını təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Kompleksin özündən əlavə, Vaşinqton Kiyevə bütün lazımi müvafiq avadanlıqları göndərmək niyyətindədir. Təklif olunan əməliyyatın ümumi məbləği təxminən 285 milyon dollar təşkil edəcək.
Pentaqon hesab edir ki, NASAMS-ın çatdırılması ABŞ-ın milli təhlükəsizlik sahəsində məqsəd və maraqlarına xidmət edəcək, çünki hərbi yardım Vaşinqtonun “Avropada siyasi sabitliyi və iqtisadi tərəqqi”ni qoruyan tərəfdaşına verilir.
ABŞ Müdafiə Nazirliyi qeyd edib ki, “silahların yığılmasına təcili ehtiyac” yaşayan Ukrayna tərəfindən kompleksin alınması və səmərəli istifadəsi onun Rusiyanın raket və hava zərbələrindən müdafiə imkanlarını gücləndirəcək.