ABŞ müsəlmanları sinaqoqda həlak olanların ailələrinə yardım kampaniyası təşəbbüsü irəli sürüblər

ABŞ müsəlmanları sinaqoqda həlak olanların ailələrinə yardım kampaniyası təşəbbüsü irəli sürüblər Bakı. 29 oktyabr. REPORT.AZ/ ABŞ müsəlmanları Pittsburqdakı sinaqoqda törədilən silahlı hücumu pisləyərək hadisə zamanı həlak olan və yaralananların ailələrinə yardım kampaniyası təşəbbüsünü irəli sürüblər.
Digər ölkələr
29 Oktyabr , 2018 12:56
ABŞ müsəlmanları sinaqoqda həlak olanların ailələrinə yardım kampaniyası təşəbbüsü irəli sürüblər

Bakı. 29 oktyabr. REPORT.AZ/ ABŞ müsəlmanları Pittsburqdakı sinaqoqda törədilən silahlı hücumu pisləyərək hadisə zamanı həlak olan və yaralananların ailələrinə yardım kampaniyası təşəbbüsünü irəli sürüblər.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ABŞ Müsəlman Təşkilatları Şurası (USCMO) dini dözümsüzlük və ksenofobiyanı pisləyən bəyanat yayıb. Həmçinin Pittsburqdakı Amerika – İslam Münasibətləri Şurasının (CAİR) sədri Səfdər Xvəyya sinaqoqa hücumun “vahimə və narahatlıq doğurduğu”nu bildirib.

Daha əvvəl Pittsburqda sinaqoqun 46 yaşlı Robert Boers adlı şəxs tərəfindən gülləbaran edilməsi nəticəsində 11 nəfərin həlak olduğu, aralarında 4 polisin olduğu 6 nəfərin yaralandığı bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi