ABŞ Moskvada saxlanılan vətəndaşının geri qaytarılmasını tələb edib

Digər ölkələr
  • 02 yanvar, 2019
  • 14:06
ABŞ Moskvada saxlanılan vətəndaşının geri qaytarılmasını tələb edib
Mayk Pompeo

Bakı. 2 yanvar. REPORT.AZ/ ABŞ casusluqda şübhəli bilinərək Moskvada saxlanılan amerikalı Pol Uilanın dərhal geri qaytarılmasını tələb edir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo məlumat verib.

O qeyd edib ki, ABŞ vətəndaşının həbsinin səbəbini bilmək istəyir.

Rusiya Federal Təhlükəsizlik Xidməti ötən il dekabrın 28-də ABŞ vətəndaşı Pol Uilanı casusluq fəaliyyətinə görə saxlayıb.