ABŞ aviaşirkətlərə miqrasiya qadağasına məruz qalmış sərnişinləri daşımaq icazəsi verib

ABŞ aviaşirkətlərə miqrasiya qadağasına məruz qalmış sərnişinləri daşımaq icazəsi verib Sietl federal məhkəməsi prezidentin fərmanının icrasına müvəqqəti qadağa qoyub
Digər ölkələr
4 Fevral , 2017 07:32
ABŞ aviaşirkətlərə miqrasiya qadağasına məruz qalmış sərnişinləri daşımaq icazəsi verib

Bakı. 4 fevral. REPORT.AZ/ ABŞ-ın Sərhəd Xidməti Vaşinqton ştatında federal məhkəmənin ölkə prezidenti Donald Trampın miqrasiya haqqında fərmanının icrasını müvəqqəti qadağan edən qərarından sonra aviaşirkətlərə qadağaya məruz qalmış ölkələrin sərnişinlərini daşımaq icazəsi verib.

"Report" xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən CNN telekanalı məlumat yayıb.

Cümə günü ABŞ-ın Sietl şəhər federal məhkəməsi prezident Donald Trampın immiqrasiya rejiminin sərtləşdirilməsinə yönəlmiş fərmanının icrasının qismən dayandırılması barədə qərar qəbul edib. Qeyd olunur ki, məhkəmə əmri bütün ölkə miqyasında qüvvədədir.

Məhkəmə iddiasını Vaşinqton ştatının baş prokuroru Bob Ferqyuson qaldırıb. O, məhkəmənin bu fərmanları qeyri-konstruktiv hesab etməsinə nail olacağını bildirib. İddiaya Minnesot ştatı rəhbərliyi də qoşulub.

Son xəbərlər

Orphus sistemi