ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Argentinaya gedib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Argentinaya gedib ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns Argentinaya elan olunmamış səfər edib.
Digər ölkələr
21 Mart , 2024 09:54
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Argentinaya gedib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns Argentinaya elan olunmamış səfər edib.

"Report" xəbər verir ki, bu barədə "Ambito" qəzeti məlumat yayıb.

Qeyd edilib ki, o, Argentinaya Vaşinqtonun Rusiyanı günahlandırdığı kiberhücumları və iranyönümlü “Hizbullah” təşkilatının regiondakı fəaliyyətini müzakirə etmək üçün səfər edib.

Məlumata görə, Vaşinqton Argentina, Paraqvay və Braziliya sərhədlərində fəaliyyət göstərən cinayətkar qruplar və “Hizbullah” qarşısında məsuliyyət daşıyan terror qrupları arasında mümkün əlaqələrdən narahatdır.

Bildirilib ki, U.Börns Argentinanın Baş naziri Nikolas Posse və ölkənin Federal Kəşfiyyat Agentliyinin rəhbəri Silvestre Sivori ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi