ABŞ Makronun Fələstini tanımaq təşəbbüsünü rədd edib

Digər ölkələr
  • 25 iyul, 2025
  • 07:30
ABŞ Makronun Fələstini tanımaq təşəbbüsünü rədd edib

ABŞ Fələstin dövlətini tanımaq niyyətində olan Fransanı dəstəkləməyib.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.

Dövlət katibi Parisin qərarını ehtiyatsız adlandırıb və əlavə edib ki, bu, yalnız HƏMAS-ın təbliğatına xidmət edir və 2023-cü il oktyabrın 7-də İsraildə baş verənlərin qurbanlarının üzünə sillədir.

“Birləşmiş Ştatlar Fransa prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasında Fələstin dövlətini tanımaq planını qəti şəkildə rədd edir”.

İsrail isə Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq çağırışını qətiyyətlə pisləyib.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Biz Fransa Prezidenti Emmanuel Makronun 2023-cü il 7 oktyabr qırğını fonunda Fələstin dövlətini tanımaq qərarını qətiyyətlə pisləyirik. Belə bir addım terroru dəstəkləyir və daha bir İran satellitinin yaranmasına yol açır", - o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti