ABŞ Macarıstanın Baş nazirinin aparat rəhbərinə qarşı sanksiyaları ləğv edib

ABŞ Macarıstanın Baş nazirinin aparat rəhbərinə qarşı sanksiyaları ləğv edib ABŞ Macarıstanın Baş nazirinin aparat rəhbəri Antal Roqana qarşı sanksiyaları ləğv edib.
Digər ölkələr
16 aprel 2025 04:47
ABŞ Macarıstanın Baş nazirinin aparat rəhbərinə qarşı sanksiyaları ləğv edib

ABŞ Macarıstanın Baş nazirinin aparat rəhbəri Antal Roqana qarşı sanksiyaları ləğv edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Birləşmiş Ştatlar keçmiş prezident Co Baydenin administrasiyası dövründə Roqanı “Macarıstan iqtisadiyyatının sektorlarına nəzarəti ələ keçirmək üçün sxemlər yaratmaq”da ittiham edərək ona qarşı sanksiyalar tətbiq edib.

Bildirilib ki, Roqan Macarıstanda dövlət müqavilələrinin və resurslarının yaxın adamlarının maraqları naminə paylanması sisteminin qurulmasında iştirak edib.

Prezident Donald Tramp hakimiyyətə gəldikdən sonra Vaşinqton əmin edib ki, o, əvvəlki administrasiyanın düşmənçilik, o cümlədən Macarıstanla bağlı qərarlarına tezliklə yenidən baxacaq.

Son xəbərlər

Orphus sistemi