ABŞ Livana hərbi yardımın verilməsini dondurub
Digər ölkələr
- 01 noyabr, 2019
- 13:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Livana 105 milyon dollarlıq hərbi yardımın verilməsini dondurub.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Ağ Evin Büdcə İdarəsi və Milli Təhlükəsizlik Şurasının Livana ediləcək hərbi yardımın dondurulması məsələsi ilə bağlı Konqresi məlumatlandırıb.
Bildirilib ki, yardım rəsmi Beyruta cari ilin may ayında vəd olunub. ABŞ Livana sərhədlərin qorunmasının təmin olunması üçün avadanlıq, o cümlədən gecəgörmə cihazları və silah verəcəyinə boyun olub. Dövlət Departamentinin nümayəndəsi Ağ Evin bu addımının səbəbini açıqlamayıb.
Qeyd edək ki, Livanın qərbyönlü baş naziri Saad Xariri istefa verib. Hazırda ölkədə etiraz aksiyaları keçirilir.
Son xəbərlər
07:19
Ohayo ştatında avtobusların toqquşması nəticəsində iki nəfər ölüb, yaralananlar var
Maliyyə
07:00
EBRD Azərbaycanda gənc sahibkarların kreditə olan potensial tələbatını 1,5 milyard dollar dəyərində qiymətləndirib
Maliyyə
06:29
Almaniyada "Yaşıllar" Partiyasının ofisinə hücum olub, üç nəfər yaralanıb
Digər ölkələr
05:52
ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə desant qrupu göndərib
Digər ölkələr
05:06
WP: FTB rəhbərinin müavini istefa verəcək
Digər ölkələr
04:38
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib
Digər ölkələr
04:25
Türkiyədə 407 sayta giriş məhdudlaşdırılıb
Region
03:57
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
Digər ölkələr
03:21
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
Digər ölkələr