​ABŞ-la Kuba arasında davamlı hava reysləri bərpa olunacaq

​ABŞ-la Kuba arasında davamlı hava reysləri bərpa olunacaq Bu razılaşma hər iki dövlətin hava şirkətlərinə Kuba və ABŞ arasında davamlı uçuş imkanı yaradacaq
Digər ölkələr
18 Avqust , 2015 09:25
​ABŞ-la Kuba arasında davamlı hava reysləri bərpa olunacaq

Bakı. 18 avqust. REPORT.AZ/ ABŞ adminstrasiyası və Kuba hakimiyyəti bu ilin dekabr ayına qədər iki ölkə arasında birbaşa təyyarə uçuşlarının bərpası ilə bağlı ikitərəfli yekun razılaşma sənədi üzərində işləyir.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Bu razılaşma hər iki dövlətin hava şirkətlərinə Kuba və ABŞ arasında davamlı uçuş imkanı yaradacaq.

ABŞ prezidenti Barak Obama vətəndaşlarının Kubaya səfər etməsi üçün mövcud məhdudiyyətləri yumşaldacaq.

Qeyd edək ki, hazırda ABŞ-la Kuba arasında çarter reys mövcuddur. Müvafiq reyslər Nyu-Yorkdan və Florida ştatlarından gerçəkləşdirilir. 

Son xəbərlər

Orphus sistemi