Bakı. 15 yanvar. REPORT.AZ/ Federal Təhqiqat Bürosunun əməkdaşları ABŞ Konqresində terror aktı planlaşdıran şəxsi həbs ediblər.
"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, Kapitolidə bir neçə partlayıcı qurğunu işə salmağı, daha sonra isə qanunvericilərə atəş açmağı planlaşdıran Ohayo ştatının sakini - 20 yaşlı Kristofer Li Kornell, terrorçu "İslam Dövləti" qruplaşması ilə də aktiv əməkdaşlıq edibmiş.