Yuxarı

Konqresmenlər Kiyevə silah tədarük etməyə çağırırlar

ABŞ Konqresində Ukraynaya silah göndərilməsi ilə bağlı qətnamə qəbul edilib

Bakı. 24 mart. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatası Ağ Ev başçısına Ukraynaya hərbi yardım göstərmə çağırışı edib.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı hazırlanan qətnamə 348 konqresmenin dəstəyini qazanıb. Sənədə qarşı 48 nəfər səs verib.

"Nümayəndələr Palatası prezident Barak Obamadan təkidlə ve dərhal öz səlahiyyətlərindən istifadə edərək Ukraynaya müdafiə təyinatlı silah sistemləri göndərməsini çağırır. Beləliklə, Ukrayna xalqının öz suveren ərazisini qoruma imkanları artacaq", - deyə qətnamədə bildirilir.

Qeyd edək ki, Konqresin qətnamələri tövsiyə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi