Yuxarı
    Bağlamaq

    ABŞ kasset bombası istehsalını dayandırır

    Qərar sifarişlərin azalması ilə əlaqələndirilir

    Bakı. 01 sentyabr. REPORT.AZ/ ABŞ-ın kasset bombası istehsal edən sonuncu zavodu tənzimləyici orqanlar və sifarişlərin azalmasını səbəb gətirərək silahın bu növünün hazırlanmasını dayandırır.

    "Report" xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı yazıb.

    "Kasset bombaları istehsalının dayandırılmasına dair qərar mövcud məhdudiyyətlər və məhsula olan sifarişlərin azalması ilə əlaqədar qəbul edilib", - deyə nəşr "Textron Systems" firmasının mətbuat katibi Metyu Kolpitsin sözlərini sitat gətirir.

    Jurnalın yazdığına görə, firma bu qərarı Ağ evin cari ilin may ayında Səudiyyə Ərəbistanına kasset bombaları tədarükünə veto qoymasının ardından qəbul olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi