İsrail hakimiyyəti Qəzza zolağında döyüşlərin intensivliyinin azaldılmasının vacibliyini dərk edir, lakin bunun nə vaxt baş verəcəyi bəlli deyil.
“Report” “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə açıqlama verib.
"İsrail tərəfi bildirir ki, hərbi əməliyyatların fərqli mərhələsinə keçmək zərurətini qəbul edir. Demək istəyirəm ki, hər hansı hərbi kampaniyada yeni bir hədəfə keçid və fərqli taktikalardan istifadə olunur, bu hərbi əməliyyatların aparılması üçün standartdır", - o deyib.
Kirbi bildirib ki, bu halda söhbət hərbi əməliyyatların intensivliyinin azaldılmasından gedir, lakin o, İsrailin bunu nə vaxt edəcəyini bilmədiyini etiraf edib.
Ağ Ev sözçünün sözlərinə görə, əgər İsrail belə bir addım atmağa qərar verərsə, bu, gələcəkdə Fələstin-İsrail münaqişəsinin “mümkün olan ən yaxşı nəticəsi”nə kömək edəcək.