ABŞ-ın yeni hərbi bazaları Avstraliyanın cənubunda tikiləcək

ABŞ-ın yeni hərbi bazaları Avstraliyanın cənubunda tikiləcək ABŞ-ın yeni hərbi dəniz və aviasiya bazaları Avstraliyanın cənub bölgələrində inşa ediləcək.
Digər ölkələr
17 Sentyabr , 2021 08:42
ABŞ-ın yeni hərbi bazaları Avstraliyanın cənubunda tikiləcək

ABŞ-ın yeni hərbi dəniz və aviasiya bazaları Avstraliyanın cənub bölgələrində inşa ediləcək.

“Report” xəbər verir ki, bu barədə Avstraliyanın müdafiə naziri Peter Dutton bildirib.

Onun sözlərinə görə, minlərlə Amerika əsgəri şimal bölgəsində yerləşən hərbi bazada təlim keçir:

“Lakin ABŞ Hərbi Hava Qüvvələri və Donanmasının şəxsi heyətinin sayı əhəmiyyətli dərəcədə artırılacaq. Ölkənin cənub bölgələrində inşa ediləcək yeni hərbi bazalar yerli sənayenin imkanlarını genişləndirəcək və avstraliyalılar üçün yeni iş yerləri açacaq”.

Nazir bildirib ki, iki ölkə arasında hərbi əməkdaşlıq bölgədəki birgə hərbi əməliyyatların logistikasına xidmət göstərəcək infrastrukturun yaradılması ilə genişlənəcək.

Son xəbərlər

Orphus sistemi