ABŞ-ın xüsusi nümayəndəsi "Taliban" hərəkatının nümayəndələri ilə danışıqlar aparıb

ABŞ-ın xüsusi nümayəndəsi "Taliban" hərəkatının nümayəndələri ilə danışıqlar aparıb ABŞ yenidən Əfqanıstandakı müharibəyə son qoymağa kömək etməyə çalışır
Digər ölkələr
13 Oktyabr , 2018 12:19
ABŞ-ın xüsusi nümayəndəsi Taliban hərəkatının nümayəndələri ilə danışıqlar aparıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Qətərdə "Taliban" hərəkatının nümayəndələri ilə danışıqlar aparıb.

"Report" xəbər verir ki, bu barədə "Wall Street Journal" Dohadakı mənbəyinə istinadən yazıb.

Nəşr yazır ki, cari danışıqlar ABŞ-ın Əfqanıstanda 17 ildir davam edən müharibəyə son qoymaq üçün növbəti cəhdidir.

ABŞ Dövlət Departamenti hələ yazılanlara şərh verməyib.

Eyni zamanda "Wall Street Journal" ABŞ rəsmilərinin son dörd ayda ikinci dəfə "Taliban" nümayəndələri ilə danışıqlar apardığını yazır.

Nəşrin bildirdiyinə görə, görüş oktyabrın 12-də Dohada keçirilib, amma qəzet tərəflərin nə haqqında söhbət etdiyini yazmayıb.

Qeyd edək ki, Z.Xəlilzad ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi vəzifəsinə sentyabr ayında təyin olunub. O, oktyabrın 4-14-də Əfqanıstan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanına səfər edir.

Son xəbərlər

Orphus sistemi