Bakı. 3 may. REPORT.AZ/ Suriyanın şimal-qərbində ABŞ-ın humanitar yardım təşkilatının binası qarşısında partlayış törədilib.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə İdlibin mülki müdafiə təşkilatının müdiri Mustafa Hac Yusuf məlumat verib.
Hadisə nəticəsində biri qadın olmaqla, 4 nəfər ölüb, 10 nəfər yaralanıb.
Partlayış əyalətin Dana rayonunda baş verib. Hadisə bomba quraşdırılmış avtomobillə törədilib. Partlayış nəticəsində çox sayda binaya ziyan dəyib.