Yuxarı

​ABŞ-ın Qətərdəki səfirliyinə basqın edilib

Hadisə nəticəsində səfirliyin mühafizəçisi yaralanıb

Bakı. 10 aprel. REPORT.AZ/ ABŞ-ın Qətərdəki (Doha şəhərində) səfirliyinin binasına naməlum şəxs basqın edib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda səfirlik məlumat yayıb.

Basqın nəticəsində səfirliyin mühafizəçisi yaralanıb. Haqqında məlumat verilməyən basqınçı tutulub.

Səfirlik Qətərdəki ABŞ vətəndaşlarına xəbərdarlıq edərək, onları ayıq-sayıq olmağa, insanların çox olduğu yerlərə getməkdən çəkinməyə, gedəcəkləri yerlə bağlı planları ətraflı götür-qoy etməyə, xarici görünüşlərini yerli əhalidən fərqləndirməməyə çağırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi