ABŞ-ın müdafiə naziri orduya Yaxın Şərqə yerləşdirilməyə hazır olmaq əmri verib
Digər ölkələr
- 17 oktyabr, 2023
- 01:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın müdafiə naziri Lloyd Austin ölkə ordusuna İsraili dəstəkləmək üçün Yaxın Şərqə yerləşdirməyə hazır olmaq əmrini verib.
"Report"un məlumatına görə, bu barədə "Fox News" telekanalı yüksək rütbəli amerikalı məmura istinadən xəbər yayıb.
Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinin hansı bölmələrinin cəlb olunacağı və hansı şəraitdə iştirak edəcəyi hələ məlum deyil. Eyni zamanda, rəsminin vurğuladığı kimi, hərbçilər hərbi əməliyyatlarda iştirak etmək üçün yerləşdirilməyəcək.
Bundan əvvəl “The Wall Street Journal” xəbər verib ki, ABŞ-ın Müdafiə Nazirliyi təxminən 2 min hərbçini Yaxın Şərqə potensial yerləşdirməyə hazırlamaq üçün seçib. Hazırda ABŞ-ın seçilmiş hərbi personalı Yaxın Şərq və Avropadadır.
Son xəbərlər
04:12
"Liverpul" İngiltərə Premyer Liqasında 700 qələbə qazanan üçüncü klub olub
Futbol
03:38
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
Digər ölkələr
03:07
Tramp: İran son bir həftədə əvvəlki dövrlərlə müqayisədə daha çox raket və dron buraxıb
Digər ölkələr
02:40
Dieqo Simeone İspaniya çempionatında qələbə sayına görə rekord müəyyənləşdirib
Futbol
02:14
Tramp demokratları ABŞ fond bazarının 6 trilyon dollar itirməsində günahlandırıb
Digər ölkələr
01:50
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
Ekologiya
01:29
İtaliyanın keçmiş polis rəisi mafia ilə bağlı istintaq fonunda intihar edib
Digər ölkələr
00:53
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
Digər ölkələr
00:11
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
Digər ölkələr