ABŞ-ın Meyn ştatında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

ABŞ-ın Meyn ştatında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Xocalı soyqırımının 29-cu ildönümü ABŞ-ın Meyn ştatının Portland şəhərindəki “Monument” meydanında qeyd olunub
Digər ölkələr
27 Fevral , 2021 09:26
ABŞ-ın Meyn ştatında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımının 29-cu ildönümü ABŞ-ın Meyn ştatının Portland şəhərindəki “Monument” meydanında qeyd olunub.

"Report"un yerli bürosu xəbər verir ki, Meyn ştatında Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədovun təşkilatçılığı ilə gecə saatlarında baş tutan anım mərasimində Xocalıda vəhşicəsinə qətlə yetirilmiş 63 uşağın xatirəsinə şamlar yandırılıb.

ABŞ-da yaşayan azyaşlı həmvətənlərimiz Cəmilə Əhmədova, Rüstəm Əhmədov və Aydın Nazirli tərəfindən həmin uşaqların adları tək-tək yüksək səslə oxunub. Azyaşlı həmvətənlərimizin bu addımı meydana toplaşan yerli sakinləri kövrəldib və göz yaşlarına qərq edib.

Mərasimdə ABŞ-da təhsil alan azərbaycanlı tələbə Nərgiz Əlizadə çıxış edib və o, ermənilərin vəhşiliklərindən canını qurtarıb Bakıda sığınacaq tapan məcburi köçkün qonşuları ilə bağlı xatirələrini paylaşıb.

Daha sonra Xocalı qurbanlarının ruhuna dualar oxunub və “Xocalıya ədalət” şüarının əks olunduğu lövhələrin önünə gül dəstələri qoyulub.

Üzərində Xocalı həqiqələrinin əks olunduğu led ekranlı maşınlar meydan boyu hərəkət edərək yerli sakinləri məlumatlandırıb.

Meyn ştatında Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədov yerli sakinləri ermənilərin xüsusi amansızlıqla törətdiyi soyqırım haqqında məlumatlandırıb və onları Xocalıda yaşananlara biganə qalmamağa səsləyib.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi