Yuxarı

ABŞ-ın Merilend ştatında Ellikott-Siti şəhərinin sakinləri subasma təhlükəsinə görə köçürülür

Güclü daşqın nəticəsində şəhərdə bir neçə ev və müəssisə dağılıb

Bakı. 31 iyul. REPORT.AZ/ ABŞ-da çayların məcrasından çıxması Merilend ştatının Ellikott-Siti şəhərinin (paytaxt Vaşinqtondan 30 kilometr aralı) küçələrini su basmasına səbəb olub.

"Report" xəbər verir ki, bu barədə "WUSA 9" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, güclü daşqın nəticəsində şəhərdə bir neçə ev və müəssisə dağılıb. Bu səbəbdən də şəhərin sakinləri subasma ilə əlaqədar köçürülür. Hakimiyyət orqanları yerli vaxtla dünən saat 22:30-dan etibarən xilasetmə əməliyyatına başlayıblar.

Şəhərin əsas küçələrindən olan Meyn-stritə o qədər çox su dolub ki, onun sakinlərini yaxınlıqdakı parka təxliyə etmək lazım gəlib. Şəhər sakinlərinin sözlərinə görə, su avtomobillərin şüşələrinin qədər çatır. 

"Sel avtomobilləri, ağacları və zibili yudu", - deyə sakinlərdən biri telekanalının efirində bildirib.

Sel Ellikott-Sitidə bir çox ağacları yıxıb. Bələdiyyə orqanı sakinləri evlərindən çıxmamağı məsləhət görüb. Xilasedicilərin sözlərinə görə, suyun səviyyəsi azalmağa başlayıb. Lakin buna baxmayaraq daşqın təhlükəsi xəbərdarlığı qüvvədədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi