Yuxarı

ABŞ-ın Kabildəki səfirliyi Novruz bayramı zamanı mümkün terror aktı barədə xəbərdarlıq edib

Səfirlik terrorçuların Əfqanıstan paytaxtında hücumlar təşkil etmək niyyətində olmasıyla bağlı məlumata malikdir

Bakı. 18 mart. REPORT.AZ/ Ekstremistlər mart 20-21-də Novruz bayramı qeyd edilərkən Əfqanıstanın paytaxtı Kabildə bir neçə terror hücumu həyata keçirməyi planlaşdırır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Kabildəki səfirliyin yaydığı xəbərdarlıqda qeyd olunub.

"Səfirlik terrorçuların Əfqanıstan paytaxtında hücumlar təşkil etmək niyyətində olmasıyla bağlı məlumata malikdir. Onların hədəfləri Novruz bayramına həsr olunmuş təntənəli tədbirlər olacaq. Bu təhlükə ilə əlaqadar paytaxtda təhlükəsizlik rejimi xeyli gücləndiriləcək", - ABŞ diplomatik nümayəndəliyindən bildirilib.

Nümayəndəlik eyni zamanda ABŞ vətəndaşlarına Əfqanıstana səfərlərin arzuedilməz olduğunu da xatırladıb. Ölkədə olanlara isə oranı tərk etmək tövsiyə edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi