ABŞ-ın İllinoys ştatının Uokiqan şəhərində kimyəvi zavodda partlayış baş verib.
"Report" xəbər verir ki, partlayış nəticəsində ən azı 4 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıblar.
Partlayış zamanı zavodda olan işçilərin sayı dəqiqləşdirilir.
Hadisə nəticəsində zavoda ciddi ziyan dəyib.
***10:07
ABŞ-nın İllinoys ştatının Uokiqan şəhərində partlayış baş verib.
Bu barədə "Report" Rusiya KİV-nə istinadən xəbər verir.
Hadisə yerinə yanğınsöndürənlər, polis və həkimlər cəlb olunublar.
Zərərçəkənlər barədə hələlik məlumat yoxdur.
Yerli mətbuat yazır ki, partlayış texnoqen mənşəli ola bilər.

