ABŞ-ın Filadelfiya şəhərində atışma səbəbindən 4 məktəb bağlanıb

ABŞ-ın Filadelfiya şəhərində atışma səbəbindən 4 məktəb bağlanıb Atışma Brod-strit və Olni-avenyu küçələrinin kəsişməsində baş verib
Digər ölkələr
8 Noyabr , 2016 03:51
ABŞ-ın Filadelfiya şəhərində atışma səbəbindən 4 məktəb bağlanıb

Bakı. 8 noyabr. REPORT.AZ/ ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində yerli küçələrdən birində atışma səbəbindən 4 məktəb müvəqqəti olaraq bağlanıb.

"Report" xəbər verir ki, bu barədə "ABC 6" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, atışma Brod-strit və Olni-avenyu küçələrinin kəsişməsində baş verib. 42 yaşlı kişi ayağından odlu silah yarası alıb və yaralı vəziyyətdə özünü xəstəxanaya çatdıra bilib. Orada onun vəziyyəti stabil qiymətləndirilib.

Kanal xəbər verir ki, faktla bağlı heç kim saxlanılmayıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi