ABŞ-ın dövlət katibi rusiyalı həmkarı ilə görüşəcək

ABŞ-ın dövlət katibi rusiyalı həmkarı ilə görüşəcək Reks Tillerson: “Fikrimcə, biz nazir Lavrovla rolumuzu anlayırıq”
Digər ölkələr
2 Avqust , 2017 11:13
ABŞ-ın dövlət katibi rusiyalı həmkarı ilə görüşəcək

Bakı. 2 avqust. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Reks Tillerson rusiyalı həmkarı Sergey Lavrovla avqustun 5-6-da Filippinin Manila şəhərində görüşəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Bu istirahət günlərində mən xarici işlər naziri Lavrovla Manilada görüşəcəyəm. Biz bunu onunla razılaşdırmışıq. Biz növbəti addımlarımızı peşəkarcasına müzakirə etdik. Yox, hərbi ritorika yox idi. Fikrimcə, biz nazir Lavrovla rolumuzu anlayırıq. Biz üzərimizə düşən vəzifəni də başa düşürük”, - Reks Tillerson vurğulayıb.

Məlumata görə, ABŞ-ın dövlət katibi ASEAN-ın Manilada keçiriləcək regional forumunda iştirak edəcək. Görüşün həmin tədbir çərçivəsində gerçəkləşəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi