ABŞ-ın Baş prokuroru gözlənilmədən Ukraynaya səfər edib
Digər ölkələr
- 03 mart, 2023
- 20:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın Baş prokuroru Merrik Qarland Ukraynanın Lvov şəhərinə bu ölkədə münaqişə ilə bağlı cinayətləri törədənlərin məsuliyyətə cəlb olunmasını müzakirə etmək üçün gözlənilmədən səfər edib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
“Baş prokuror bir neçə görüş keçirib, ABŞ-ın Rusiyanı qonşu suveren ölkəyə təcavüzü zamanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək öhdəliyini bir daha təsdiq edib”, - məlumatda deyilir.
“ABC” telekanalının mənbələrə istinadən verdiyi məlumata görə, Qarland Ukraynanın baş prokuroru Andrey Kostinin dəvəti ilə Lvova “Ədalət naminə birlik” konfransında iştirak etmək üçün səfər edib.
Son xəbərlər
14:35
Qalib Əbdüləliyev: "Su ehtiyatlarından istifadədə bioloji təhlükəsizlik normaları gözlənilməlidir"
ASK
14:33
"Reuters": Avropada bir neçə təyyarə partlayış təhlükəsi səbəbindən məcburi eniş edib
Digər ölkələr
14:19
Beynəlxalq maliyyə institutlarının Azərbaycana investisiyaları 4 dəfədən çox artıb
Maliyyə
14:18
"Kəpəz"in futbolçusu Viktor Stina Moldova millisinə dəvət alıb
Futbol
14:15
Azərbaycan və Ukrayna Mingəçevirdə su anbarı tipli elektrik stansiyasının tikintisini müzakirə ediblər
Energetika
13:59
Pərviz Şahbazov: "Bakı Kiyevlə enerji tərəfdaşlığını dərinləşdirməyi hədəfləyir"
Energetika
13:52
"Barselona" son 100 ilin ən yüksək məhsuldarlıq göstəricisinə imza atıb
Futbol
13:51
Surinam özəl sektoru iqtisadi siyasətin hazırlanmasına daha fəal cəlb etmək niyyətindədir
Xarici siyasət
13:42
İƏT Əmək Mərkəzi müxtəlif ölkələrdə məşğulluq sahəsində süni intellekt platforması hazırlayır
Xarici siyasət